RU

Rusiya Ermənistana qaz tədarükünü dayandırıb VİDEO

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, “Qazprom Ermənistan” şirkətinin yaydığı məlumata əsasən, Gürcüstan ərazisində “Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərinin Qazax-Saquramo hissəsində təmir işlərinin aparılması zərurəti ilə əlaqədar iyulun 24-ü saat 7:00-dan iyulun 26-sı saat 19:00-dək Ermənistana qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq. “Bu müddət ərzində Ermənistanda daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına istehlakçılara qazın fasiləsiz və etibarlı təchizatı məhdudiyyətsiz həyata keçiriləcək”, - xəbərdə deyilir. Mart ayında Ermənistan hökuməti başçısının müşaviri Artaşes Tumanyan bildirmişdi ki, İrəvan İranın köməyi ilə Türkmənistanla qaz tədarükü məsələsini müzakirə etməyə başlayıb. Bu hesabla, əvəvlcə Türkmənistan İrana, Tehran isə Ermənistana mavi yanacaq göndərəcək.

Ermənistan bu yolla ildə 1 milyard kubmetrə qədər qaz almağı planlaşdırır. 2024-cü ildə Qeyd edək ki, Rusiyanın “Qazprom” şirkəti Ermənistana 2,4 milyard kubmetr qaz satıb. Tumanyan “Türkmənqaz”la müqavilənin respublikanın ümumi ehtiyaclarının 40%-ni ödəyəcəyini iddia edib. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
97
azvision.az

1Источники