Gürcüstanda təcili bərpa işləri ilə əlaqədar bu gündən Rusiya qazının Ermənistana nəqli müvəqqəti olaraq dayandırılıb.
Operativ Media xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb .
“Şimali Qafqaz-Zaqafqaziya tranzit qaz kəmərinin Gürcüstan ərazisindən keçən Qazax-Saquramo hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar iyulun 24-ü saat 07:00-dan 26-ı saat 19:00-dək Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq”, - məlumatda deyilir.
Gözəl Azadəliyeva