Rusiyanın Amur vilayətində Xabarovsk-Blaqoveşensk-Tında marşrutu üzrə hərəkət edən sərnişin təyyarəsi ilə əlaqə kəsilib.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, təyyarədə 46 nəfər olub.
Ehtimallara görə, təyyarə ilə əlaqə marşrut üzrə sonuncu hava limanından bir neçə kilometr aralıda - Tynda ərazisində kəsilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Nurlana ƏhmədovaMissiya.Az