RU

“Sabah” Moldova səfərində

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Msport.az xəbər verir ki, komanda Moldovanın “Petrokub” kollektivinin qonağı olacaq.

Kişineudakı “Zimbru” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İsraildən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” kanalı vasitəsilə canlı yayımlanacaq.

 

UEFA Konfrans Liqası

II təsnifat mərhələsi, ilk oyun

24 iyul

 

21:00. “Petrokub” (Moldova) – “Sabah” (Azərbaycan)

Hakimlər: Qal Leybovitz, Omer Barbiro, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail)

“Zimbru” stadionu

Избранный
137
2
msport.az

7Источники