Rusiyanın şərqindəki Amur vilayətində içərisində təxminən 50 nəfərin olduğu An-24 sərnişin təyyarəsi ilə əlaqə kəsilib.
Redaktor.az bu barədə rus mediasına istinadla xəbər verir
Uçuşun mülki hava nəqliyyatı idarəsi ilə əlaqəni qəfil itirdiyi bildirilir. Onun taleyi hələ məlum deyil.
Hələlik Rusiya rəsmiləri tərəfindən heç bir rəsmi açıqlama verilməsə də, bölgədə axtarış-xilastmə işlərinə başlanıldığı təxmin edilir.