RU

Azərbaycan meyvə tərəvəz ixracından 416 mln. dollar gəlir əldə edib

ain.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyun aylarında 415 milyon 753 min dollar dəyərində 402 min 396 ton meyvə-tərəvəz ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 24,3% (81 milyon 195 min dollar), miqdarı isə 25% (80 min 498 ton) artıb.

2024-cü ilin eyni dövründə Azərbaycandan 334 milyon 558 min dollar dəyərində 321 min 898 ton meyvə-tərəvəz ixrac edilib. 

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3,23%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 23,70%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
51
1
banco.az

2Источники