RU

Qan xərçənginə səbəb olan virusun müalicəsi tapıldı

Qan xərçənginə səbəb olan "HTLV-1" virusunun müalicəsi tapılıb.

Publika.az xəbər verir ki, İnsanın İmmunçatışmazlığı Virusunun (HİV) müalicəsi üçün nəzərdə tutulan tenofovir və dolutegravir dərmanları qan xərçənginə səbəb ola bilən "HTLV-1" virusunu effektiv şəkildə boğur.

Bunu "Cell" jurnalında dərc olunan araşdırma göstərib.

Təcrübədə immun sistemi insan hüceyrələrindən götürülən xüsusi siçanlardan istifadə edilib. İki dərmanla müalicə kursundan sonra virus T hüceyrələrinin daxilində fəaliyyətini praktiki olaraq dayandırıb.

Alimlərin fikrincə, HTLV-1 HİV-in "qohumu" hesab edilə bilər, çünki o, immun sisteminin eyni hüceyrələrinə təsir göstərir. Virus uzun illər bədəndə qala bilir, tədricən ağır nəticələrə, o cümlədən T-hüceyrəli leykemiyaya (qan xərçənginin bir növü) və onurğa beyninin xroniki iltihabına səbəb olur.

Qeyd olunur ki, indiyədək HTLV-1-in gedişatını ləngidə və ya dayandıra bilən peyvənd, ya da effektiv terapiya yox idi.

Избранный
66
publika.az

1Источники