RU

İndoneziya sahillərində 6,3 maqnitudalı zəlzələ

BAKI, 24 iyul. TELEQRAF

İndoneziya sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, episentr Sulavesi adasının 282 min nəfərin yaşadığı Palu şəhərindən 289 km şimal-şərqdə baş verib. Ocaq yerin 145 km dərinliyində olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Избранный
124
teleqraf.com

1Источники