RU

ÇL: “Zalsburq” da səfərdə darmadağına sevindi

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın İrlandiyada “Şelburn”u 3 cavabsız qolla məğlub etdiyi gündə “Brann” da Norveçdə “Zalsburq”u qəbul edib. Avstriya nəhəngi də səfərdə darmadağınla qalib gələrək cütün taleyinə böyük ölçüdə aydınlıq gətirib.

Xatırladaq ki, ÇL-in 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları iyulun 29-da və 30-da keçiriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
23 iyunl

Brann (Norveç) – Zalsburq (Avstriya) 1:4

Şelburn (İrlandiya) – Qarabağ (Azərbaycan) 0:3

Избранный
71
arena.az

1Источники