RU

Türkiyədə meşə yanğınlarına müdaxilə edən on işçi həlak olub

Bakı. Trend:

Türkiyənin Eskişehir vilayətində davam edən meşə yanğınlarınamüdaxilə edən on işçi həlak olub.

Trend xəbər verir ki, bubarədə kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklıbildirib.

Məlumata əsasən, Eskişehirdən başlayaraq Afyonkarahisarərazisinə keçən yanğında istiqamətini qəfil dəyişən küləyin təsiriilə 24 nəfər alovların əhatəsində qalıb. Onlardan beşi meşə işçisi,beşi isə Axtarış-Xilasetmə Dərnəyinin (AKUT) əməkdaşı olmaqla onnəfər həlak olub. Hazırda digər 14 nəfərin müalicəsi xəstəxanadadavam edir.

Nazir Türkiyə üzrə yeddi ocaqda yanğınla mübarizənin davametdiyini bildirib.

Sabahdan etibarən havanın temperaturunun daha da artacağınıdeyən Yumaklı əhalini diqqətli olmağa çağırıb.

Избранный
59
9
az.trend.az

10Источники