İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Eşli Yanq peşəkar karyerasını “Çempionşip”də davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, 40 yaşlı müdafiəçi “İpsviç Taun” klubu ilə bir illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Təcrübəli futbolçu yay transfer dönəmində “Everton”u azad agent kimi tərk etmişdi. O, ötən mövsüm Premyer Liqada “irisilər”in heyətində 36 oyuna çıxaraq 1 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Eşli Yanq karyerası ərzində “Aston Villa”, “Mançester Yunayted”, “İnter” kimi tanınmış klubların formasını geyinib. İngiltərə millisində isə ümumilikdə 39 oyunda iştirak edib. Onun Çempionşipə keçidi “İpsviç”in yüksəliş planları fonunda təcrübəyə verdiyi önəmin göstəricisi kimi dəyərləndirilir.