BAKI, 23 iyul. TELEQRAF
Hollandiya Təhlükəsizlik və Terrorla Mübarizə Agentliyi (NCTV) ilk dəfə olaraq İsraili Hollandiya üçün təhlükə yaradan ölkələr siyahısına daxil edib.
Teleqraf xəbər verir ki, NCTV-nin dərc etdiyi hesabatda İsrail dezinformasiya yolu ilə Hollandiyada ictimai rəyə və siyasi qərarların qəbulu proseslərinə təsir göstərməyə çalışdığı bildirilib.
“İsrailin Hollandiya siyasətinə və cəmiyyətinə təsir etmək cəhdi” başlığı altında hazırlanan hesabatda keçən il Amsterdamda “Makkabi Tel-Əviv” azarkeşləri ilə baş verən hadisələrdən bəhs edilir.
Xəbərdə bildirilir ki, Hollandiya beynəlxalq qurumlara ev sahibliyi edən ölkə kimi təhlükələr qarşısında xüsusi məsuliyyət daşıdığı vurğulanıb.