Azərbaycanda sənədsiz 500 min evin aqibəti ilə bağlı məsələyə aydınlıq gətirilib.
Onun bildirdiyinə görə, sözügedən fərman 100 minə yaxın sənədsiz evin rəsmiləşdirilməsinə imkan yaradır: “Ölkədə sənədsiz evlərlə bağlı amnistiya xarakterli sənədlər daim olub. Bu fərman da bariz nümunədir. Lakin yerdə qalan sənədsiz evlər təəssüf ki, ya yüksəktəzyiqli qaz xətlərinin, neft-boru kəmərlərinin, yüksəkgərginlikli elektrik xətlərinin mühafizəsində tikilib və ya zəbt olunaraq hər hansı sənəd olmadan tikilən evlərdir. Onlarla bağlı yanaşma fərqli olmalıdır”