RU

Neymar bunun üçün 1,5 milyon dollarlıq xərc çəkdi

“Santos”un 33 yaşlı braziliyalı ulduz hücumçusu və kapitanı Neymar yeni səs-küylü bazarlığı diqqət çəkərək, gündəmə gəlib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, “Ney” rejissor Kristofer Nolanın “Betmen: Başlanğıc” filmindən Betmobilin bənzərinin satın alınmasına təxminən 8,3 milyon Braziliya realı (1,5 milyon ABŞ dolları) məbləğində xərc çəkib.

Buna rəğmən, vurğulanır ki, superavtomobili ümumi istifadə yollarında istifadə etmək mümkün deyil. Belə ki, avtomobil mühərriklə təchiz edilib, amma qeydiyyata alınmayıb və sertifikasiyadan keçirilməyib. Nəqliyyat vasitəsi dönmə işıqları ilə təchiz edilməyib, həmçinin təhlükəsizlik üzrə tələblərə cavab vermir.

Bildirilir ki, Betmobilin hazırlanmasına üç ilə yaxın vaxt sərf edilib. Neymar avtomobili braziliyalı dizayner Ademar Kabraldan satın alıb. Bu yaxınlara qədər, avtomobil San-Pauludakı Arzuların avtomobilləri Muzeyində sərgilənirdi, indi isə Betmobil Neymarın şəxsi kolleksiyasının bir hissəsidir.

Избранный
63
arena.az

1Источники