Rusiyada "Baza" Telegram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qərarı çıxarılıb.
Far.Az xəbər verir ki, "Baza"nın baş redaktorunun barəsində sentyabrın 20-dək həbs qətimkan tədbiri seçilib.
Qleb Trifonov rüşvət verməkdə ittiham olunur. O, ittihamları qəbul etmir.