RU

Bakıda oğurluq edən 3 nəfər saxlanıldı

Nəsimi rayonu ərazisində 2 nəfərə məxsus mobil telefon, içərisində ümumilikdə 2720 manat və qızıl-zinət əşyaları olan çantalar oğurlanıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı H.Həmidli, əvvəllər məhkum olunmuşlar - 32 yaşlı H.Hüseynov və 50 yaşlı Ə.Qədimov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
59
6
modern.az

7Источники