Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Hadisənin baş verməsinə səbəb kimi manevr qaydalarının pozulması göstərilir.
Belə ki, dönmə əməliyyatı edən "Hyundai" markalı, 90-TZ-407 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qarşıdan gələn "Volkswagen" markalı, 20-EX-972 dövlət nömrə nişanlı avtomobilin yoluna çıxıb və nəticədə toqquşma baş verib.
Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.
Əzizə İsmayılova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.