RU

Türkiyədə Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edilib

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb.

Bu barədə Xezerxeber.az-a Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, İstanbul şəhərində keçirilən görüşdə ölkələrimiz arasında əlaqələrin qarşılıqlı inama, əməkdaşlığa, eləcə də, mədəni əsaslara söykəndiyi vurğulanıb. Tərəflər Azərbaycan-Pakistan hərbi əməkdaşlığının cari vəziyyətini müzakirə edib, bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin hərbi əlaqələrimizin yeni inkişaf perspektivləri müzakirə olunub.

  • Türkiyədə
  • Türkiyədə
  • Türkiyədə
Избранный
94
27
xezerxeber.az

10Источники