RU

Azərbaycanda bu evlərə sənəd verilməyəcək

Azərbaycanda sənədsiz evlərin leqallaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı yeni Fərmana əsasən, bəzi tikililər bu imkanlardan yararlana bilməyəcək.

Publika.az xəbər verir, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sənədləşmə yalnız hüquqi baxımdan rəsmiləşdirilməsi mümkün olan evlərə şamil ediləcək:

“Lakin bir sıra tikililər bu prosesdən kənarda qalacaq. Təəssüf ki, bəzi sənədsiz evlər yüksək təzyiqli qaz kəmərlərinin, neft boru xətlərinin, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonalarında yerləşir. Eyni zamanda, sənədi olmayan və dövlət və ya bələdiyyə torpaqlarının zəbt olunması yolu ilə inşa edilən evlərin də qeydiyyatı mümkün deyil və bu tikililərə hüquq tanınmayacaq”.

Избранный
88
3
publika.az

4Источники