Binəqədi rayonunda quldurluq hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, iyulun 22-də gecə saatlarında naməlum şəxslər 31 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyərək onun 120 manatını və 2 ədəd mobil telefonunu ələ keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 3 nəfər- 22 yaşlı A.Mürsəlov, əvvəllər məhkum olunmuşlar 23 yaşlı P.İmanov və 33 yaşlı M.Mehdiyev müəyyən edilərək saxlanılıblar. Araşdırma aparılır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта