RU

"Yuventus"la "Portu" müdafiəçilərini dəyişəcəklər

"Yuventus" və "Portu" müdafiəçilərini dəyişməyə hazırlaşırlar.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, İtaliya təmsilçisi Portuqaliya klubunun müdafiəçisi Joau Mariunu alacaq, eyni mövqedə çıxış edən Albert Koştanı qarşı tərəfə satacaq. Mənbə "Portu"nun turinlilərə 3 milyon avro, ardından isə bonus şəklində daha 1 milyon avro ödəyəcəyini vurğulayıb.

Qeyd edək ki, Koşta son mövsümdə A Seriyasında 9, Mariu isə Portuqaliya çempionatında 27 matça çıxıb.

Nihat

Избранный
77
fanat.az

1Источники