RU

“Kiyevi 3 günə alacağına” ümid edirdi...

Rusiya müxalifətçisi, hüquqşünas Mark Feygin bildirib ki, Ukraynaya qarşı müharibə yalnız Vladimir Putinin müharibəsidir və onun gedişi də birbaşa Putinlə bağlıdır.

Olaylar.az xəbər verir ki, bu barədə o, ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində danışıb.

"Putin olmasa, bu müharibə dərhal dayanacaq. Bu savaşın nə ideoloji dayağı var, nə də real məqsədi", - deyə Feygin bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynadakı müharibəyə bütün resurslarını sərf etsə də, 4 il ərzində nəticə əldə edə bilməyib.

Feygin istehza ilə qeyd edib ki, Rusiya rəhbərliyi vaxtilə "Kiyevi üç günə alacağına" ümid edirdi, amma indi Sumi şəhərini almaq "Marsa uçmaq" qədər mümkünsüz görünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
58
2
olaylar.az

3Источники