RU

"Fiorentina"nın əfsanəsinin cəsədi tapıldı

"Fiorentina"nın sabiq müdafiəçisi Selesta Pin vəfat edib.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, dünən onun cəsədi evində tapılıb.

64 yaşlı veteran ilə əlaqənin olmamasından narahatlıq keçirən qohumu onun evinə yollanaraq cansız bədənini aşkarlayıb və dərhal hadisə barədə polisi məlumatlandırıb.

Nəzərdən keçirilən versiyalardan biri intihar olsa da, hüquq-mühafizə orqanları digər halları da istisna etmir.

Qeyd edək ki, Pin 9 mövsüm formasını geyindiyi "Fiorentina" sıralarında 200 matça çıxıb. 2022-ci ildə onun adı Florensiya təmsilçisinin Şöhrət zalına daxil edilib.

Избранный
62
fanat.az

1Источники