Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.
Bizim.Media ARDNF-ə istinadən xəbər verir ki, 2025-ci ilin I yarımilində Fondun investisiya portfelinin 19 milyard 133.2 milyon dollarlıq hissəsini (28.8%) qızıl investisiyaları təşkil edib.
Altı ay ərzində ARDNF qızıla olan investisiyalarını 6 milyard 778.6 milyon ABŞ dolları artırıb.
Belə ki, ötən ilin sonunda Fonddun investisiya portfelinin 12 milyard 354,6 milyon dollarlıq ABŞ dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, ARDNF bu ilin II rübündə 15.8 ton qızıl alıb. Belə ki, 2025-ci ilin 1 aprel tarixinə Fondun qızıl ehtiyatı 165.3 ton təşkil etdiyi halda bu il iyul 1-nə bu rəqəm 181.1 tona qədər yüksəlib. Ümumilikdə isə, ARDNF 2025-ci ilin əvvəlindən indiyə kimi 34.5 ton qızıl alıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Seneqal Respublikası Hökumətinə bildiriş göndərmək həvalə olunub.
Bizim.Media