RU

Netanyahunun yeni planı NƏDİR?

İsrailin Deyr əl-Balahda başlatdığı quru əməliyyatın arxasında yeni bir "bölgə koridoru" planı dayanır. Məqsəd Deyr əl-Balah ilə El Mevasi arasındakı bağlantını kəsməkdir. Hər iki ərazi Aralıq dənizi sahilində yerləşir və bu əlaqənin kəsilməsi, fələstinlilərin sərbəst hərəkətini məhdudlaşdıracaq.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

İsrail hökuməti bölgə əhalisinə El Mevasi istiqamətinə getmələri üçün xəbərdarlıq etsə də, bu çağırış beynəlxalq aləmdə etnik təmizləmə narahatlığı doğurur.

Bundan əlavə, İsrail Deyr əl-Balahda beynəlxalq qurumların obyektlərini də hədəf alıb. ÜST rəhbəri yerləşkələrinin üç dəfə, BMT isə iki qonaq evinin vurulduğunu bildirib.

Xeyrənsə Piriyeva

Избранный
132
1
news24.az

2Источники