RU

Səudiyyə Ərəbistanı ilə Suriya arasında 4 milyard dollarlıq sazişlər imzalanacaq

Qahirə, 23 iyul, AZƏRTAC

Bu gün Səudiyyə Ərəbistanı-Suriya investisiya forumunda 4 milyard dollar həcmində sazişlərin imzalanması gözlənilir.

AZƏRTAC Səudiyyə Ərəbistanının “əl-Əxbariyyə” telekanalına istinadla xəbər verir ki, forumda iştirak etmək üçün investisiya naziri Xalid əl-Falihin rəhbərliyi ilə böyük nümayəndə heyəti artıq Suriya paytaxtı Dəməşqdədir.

Nümayəndə heyətinə 120-dən çox müxtəlif sektorları təmsil edən iş adamı daxildir. Qeyd olunur ki, bu, iki dövlət arasında əlaqələrin bərpasından sonra böyük nümayəndə heyətinin iştirak etdiyi rəsmi səfərdir.

SANA xəbər agentliyinin verdiyi məlumata görə, səfər çərçivəsində Adra sənaye şəhərciyində Feyha sement zavodu layihəsinin icrasının başlanması da gözlənilir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
41
1
azertag.az

2Источники