Ağsuda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Seymur Nuriyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı 46 yaşlı Gündüz Nuriyevə bıçaqla çoxsaylı xəsarətlər yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.