“Bolonya”nın futbolçusu Dan Ndoye karyerasını “Napoli”də davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Neapol klubu isveçrəli hücumçunun icarəsi üçün “Bolonya”ya 9 milyon avro təklif edib. Tərəflər arasında danışıqlar artıq son mərhələdədir.
Ndoye ötən mövsüm çempionatda 30 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.