RU

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edilib

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Abşeron-Xızı Regional Təhsil İdarəsində apardığı yoxlamalar zamanı bir sıra maliyyə pozuntuları aşkarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 103 ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edən yoxlamalar nəticəsində dərnəklərin təşkili, əməkhaqqı ödənişləri, ştat komplektləşməsi və qida təchizatı sahələrində nöqsanlar müəyyən edilib.

Son 3 ildə aşkarlanmış nöqsanlara görə 594,6 min manat dövlət büdcəsinə bərpa olunub, 26 vəzifəli şəxs cərimələnib. 134 şəxsə intizam tənbehi verilib, 6 rəhbərlə əmək müqaviləsinin xitamı nəzərdə tutulur. 33 təhsil müəssisəsinin rəhbəri isə vəzifədən azad olunub.

Oxşar yoxlamalar digər regional təhsil idarələrində də aparılır.

Избранный
32
2
bakivaxti.az

3Источники