RU

Aqrar sığorta ödənişlərinin əsas hissəsi bitkiçilik sahəsinə yönəlib - Fond sədri

Azərbaycanda 2025-ci ilin ilk yarısında aqrar sığorta çərçivəsində ən çox ödəniş bitkiçilik sahəsi üzrə həyata keçirilib. Bu barədə Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov anews.az-ın sualını cavablandırarkən deyib. 

"Ölkədə əkinə yararlı sahələrin 50%-dən çoxu taxıl bitkilərinə ayrıldığından, sığorta ödənişlərinin böyük hissəsi də məhz bu istiqamətdə yönəldilib. Heyvandarlıq sektoru ödəniş həcminə görə ikinci yerdə qərarlaşıb.Bu tendensiya ilin sonuna qədər dəyişə bilər. 2025-ci ilin mart-aprel aylarında meyvə bağlarına yağan dolu və şaxtalı hava şəraiti bu sahəyə ciddi ziyan vurub.İlin sonunda meyvə istehsalçılarına ödənişlərin daha yüksək payla həyata keçirilməsi gözlənilir,” —  qurumdan bildirilib.

Fondun məlumatına görə, hazırda zərərin qiymətləndirilməsi və ödənişlərin tənzimlənməsi prosesi davam edir.

Gülnar Nazimqızı 

Избранный
57
anews.az

1Источники