RU

Mərkəzi Bank AZIR-i uçot dərəcəsinə yaxınlaşdırmağı hədəfləyib

Bakı, 23 iyul, AZƏRTAC

Ötən iclasdan bəri pul bazarında qısamüddətli faizlərdə stabil dinamika müşahidə olunub. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrlərinə dair açıqladığı məlumatda bildirilir. AZIR indeksinin orta günlük səviyyəsi iyunda 7,03 faiz, iyulun ötən dövründə isə 7,15 faiz olub.

Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə Mərkəzi Bank izafi likvidliyin əhəmiyyətli hissəsini 1 həftəlik əməliyyatlarla sterilizasiya etməklə AZIR-i uçot dərəcəsinə yaxınlaşdırmağı hədəfləyib. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 6 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin həcmi 26 faiz, sayı isə 55 faiz artıb.

 

Избранный
104
1
azertag.az

10Источники