İtaliyanın “Fiorentina” klubunun sabiq müdafiəçisi Selesta Pin vəfat edib.
Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. 64 yaşlı keçmiş oyunçu evində ölü tapılıb. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmaya başlayıb.
Pin “Fiorentina”da 200 oyunda meydana çıxıb. O, İtaliyanın U-21 yığması ilə 1984-cü ildə Avropa çempionatında bürünc medal qazanıb.