RU

“Respublikamızın hər bir bölgəsində 8 Noyabr zəfərini əks etdirən abidələr qoyulmalı, parklar yardılmalıdır”

“Respublikamızın hər bir bölgəsində 8 Noyabr zəfərini əks etdirən abidələr qoyulmalı, parklar yardılmalıdır”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, bu, həm böyük zəfərin ölkəmizin hər bir guşəsində əbədiləşdirilməsi, həm də gənclərimizdə milli şüurun möhkələnməsi baxımından əhəmiyyətlidir:

“Ölkəmizin hər bir bölgəsində 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfəri əks etdirən abidələrin inşası, parkların salınması olduqca vacibdir. Bu, ilk növbətə 8 Noyabr zəfərinin kütləvi şəkildə əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İkincisi, bu, gənc nəsildə, eləcə də gələcək nəsillərdə milli şüurun gücləndirilməsi, onların qan yaddaşına daha dərindən bağlanması baxımından vacibdir. Hər bir gənc, eləcə də gələcək nəsillərin hər bir nümayəndəsi bilməlidir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti öz tarixi torpaqlarını qorumaq üçün necə böyük fədakarlıqlar göstərib və 44 günlük Vətən müharibəsində necə böyük qəhrəmanlıqlara imza atıb”.

Seymur ƏLİYEV

Избранный
49
moderator.az

1Источники