RU

Braziliya rəhbəri növbəti seçkilərdə də iştirak edəcək

BAKI, 23 iyul. TELEQRAF

Braziliya Prezidenti Luisİnasiu Lula da Silva, səhhəti imkan verərsə, gələn il yenidən prezidentliyə namizəd olmaq niyyətini açıqlayıb.

Teleqraf xəbər verir ki, Prezident hazırda özünüçox yaxşı hiss edir.

O deyib: "Mən mübarizə naminə deyil, qələbə naminə ən demokratik yolla prezidentliyə namizədliyimi irəli sürəcəyəm".

Braziliya Prezidenti qeyd edib ki, son qərarı yaxın ətrafı ilə müzakirə etdikdən sonra verəcək.

Luis İnasiu Lula da Silva bu vəzifəni 2003-2011-ci illərdə - ardıcıl iki müddətə icra edib. Bundan sonra onu korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb etməyə çalışıblar. 2022-ci ilin oktyabrında Lula da Silva prezident seçkilərində sabiq dövlət başçısı Jair Bolsonaronu kiçik fərqlə məğlub edərək qalib gəlib.

Избранный
97
teleqraf.com

1Источники