RU

Otar Aptsiauri “Kəpəz”də

Gürcüstanın “Dinamo” (Tiflis) komandasının yarımmüdafiəçisi Otar Aptsiauri bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən klub daha bir futbolçu ilə güclənib. Gürcüstanlı Otar Aptsiauri azad agent kimi heyətə cəlb edilib. 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb. O, 2026-cı ilin 30 iyununa qədər “Kəpəz”in uğurları üçün çalışacaq.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. “Saburtalo”nun yetirməsi olan mərkəz yarımmüdafiəçisi ölkəsində “Qaqra”nın da formasını geyinib. 2022-ci ildən “Dinamo”da çıxış edən Otar Aptsiauri Tiflis klubunun əsas komandasında cəmi 14 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb.

“Kəpəz” daha öncə Şakir Seyidov, Pedro Qomes, Adama Fofana və Məqsəd İsayevi də heyətinə qatmışdı. Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov və Rauf Hüseynli isə Gəncə klubunu tərk ediblər. Mahamadu Ba, Paçu Lira və Ehtiram Şahverdiyevlə də yeni müqavilə imzalanıb.

Избранный
76
arena.az

1Источники