RU

İstanbul razılaşmasına əsasən Rusiya hərbçiləri geri qaytarıldı

Təcili tibbi yardıma ehtiyacı olan iki Rusiya hərbi qulluqçusu Kiyevin nəzarətində olan ərazidən geri qaytarılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna iyunun 2-də İstanbulda əldə olunan açıq müddətli tibbi mübadilə razılaşmalarına əsasən, Rusiya Silahlı Qüvvələrinin yaralı əsgərlərini iyulun 22-də Rusiya tərəfinə təhvil verib.

Müdafiə Nazirliyinin məlumatına görə, hazırda həmin hərbçilər Belarusiya ərazisindədir və orada zəruri tibbi yardım alırlar. Daha sonra onların Rusiya ərazisinə aparılaraq müalicələrinin davam etdirilməsi planlaşdırılır.

Избранный
30
nocomment.az

1Источники