RU

Rusiya HHM qüvvələri 51 Ukrayna PUA-sını məhv edib

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) ölkə ərazisi üzərində Ukraynaya məxsus 51 ədəd təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, düşmən PUA-larının məhv edilməsi Moskva vaxtı ilə saat 21:00-dan 23:40-a qədər aparılıb. Onlardan 28-i Bryansk vilayətində, 10-u Kursk vilayətində, 6-sı Rostov vilayətində, 4-ü Orlov vilayətində vurulub. Kalujskaya, Tula və Lipetsk vilayətlərində isə hər birində bir pilotsuz aparat məhv edilib.

Избранный
38
nocomment.az

1Источники