RU

Aİ-dən Kiyevə xəbərdarlıq: Antikorrupsiya islahatları sanksiyalara səbəb ola bilər

Avropa İttifaqı Ukraynada antikorrupsiya qurumlarının səlahiyyətlərinin azaldılması ilə bağlı Kiyevə qarşı sanksiyalar tətbiq edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyanın Spectator jurnalı məlumat yayıb.

Məqalədə vurğulanır ki, beynəlxalq antikorrupsiya təşkilatları və Qərb ölkələrinin diplomatları Ukrayna Prezidenti Vladimir Zelenskini xəbərdar ediblər: Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun səlahiyyətlərini məhdudlaşdıran qanunun qəbul edilməsi ölkənin Avropa İttifaqına üzvlüyünü təhlükə altına ata, həmçinin sanksiyalara və vizasız rejimin ləğvinə səbəb ola bilər.

Nəşr qeyd edir ki, Zelenskinin Qərb tərəfdaşlarının bütün xəbərdarlıqlarına baxmayaraq antikorrupsiya qurumlarının səlahiyyətlərini azaltmaq qərarı böyük siyasi səhv kimi qiymətləndirilir.

Избранный
22
nocomment.az

1Источники