RU

İsrail HƏMAS-a 125 məhbusu azad etməyi təklif edib

Dohada davam edən Qəzza danışıqları zamanı İsrail HƏMAS hərəkatına girovları azad etmək qarşılığında ömürlük həbs cəzasına məhkum edilmiş 125 fələstinli məhbusu azad etməyi təklif edib.

APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata əsasən, İsrail tərəfi bundan başqa Qəzzada saxlanılan girovların dəyişdirilməsi çərçivəsində 2023-cü il oktyabrın 7-dən sonra saxlanılan 1100 fələstinlini də azad etməyə hazır olduğunu bildirib.

Danışıqlarda iştirak edən tərəflər hələ ki, məlumata münasibət bildirməyiblər.

Избранный
24
2
apa.az

3Источники