UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi üzrə ilk oyunda "Şkendiya" FCSB komandasına qalib gəlib.
Offsideplus.az xəbər verir ki, 1:0 hesabı ilə yekunlaşan oyunda vurulan yeganə qolun müəllifi Adama Alhassan olub.
Komandalar arasında cavab matçı iyulun 30-da baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şelburn" səddini keçsə, növbəti raundda bu cütün qalibi ilə üz-üzə gələcək.