BAKI, 22 iyul. TELEQRAF
İyulun 22-də axşam saatlarında Ukraynada “Mirage 2000” qırıcı təyyarəsi qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədəUkrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumatda deyilir: "Təyyarə avadanlığında nasazlıq yaranıb, bu barədə pilot uçuş direktoruna məlumat verib. Sonra o, böhranlı vəziyyətlərdə tələb olunduğu kimi səriştəli hərəkət edib və uğurla katapult edib. Axtarış-xilasetmə qrupu pilotu tapıb, onun vəziyyəti stabildir".