"ABŞ-ın YUNESKO-dan çıxmaq qərarından dərin təəssüf hissi keçirdim".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş deyib.
Sözçü Baş katibin adından bildirib ki, bu qərar UNESCO-nun baş direktoru Odri Azuleni də kədərləndirib: "ABŞ bunu İsrailin xarici işlər naziri Gideon Saarın BMT daxilində guya ayrı-seçkiliyə məruz qalması ilə əlaqələndirib. Halbuki hansısa bir şəsin davranışına görə bütöv bir təşkilat məsul tutula bilməz".
BMT-nin dağılma ehtimalına gəldikdə isə sözçü belə cavab verib: "Bütün üzv dövlətlərə mesajımız budur: əgər bir şeyləri dəyişdirmək istəyirsinizsə, aktiv olun, ortaya birlik qoyun".
Ləman
MİA.AZ