RU

"Qarabağ" məbləğin 70 faizini ödəyəcək, qalanıbəs? - İcarə müqaviləsinin detalları

"Dinamo Zaqreb"in legioneri Sami Mmaenin "Qarabağ"a keçidinin təfərrüatları müəyyənləşib.

Sportinfo.az dnevnik.hr nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Mərakeş millisinin müdafiəçisini bahalı olması və ümidləri doğrultmaması səbəbindən göndərmək istəyir.

Mmaeni "Dinamo"ya klubun əvvəlki direktoru Marko Mariç 2024-cü ildə Macarıstan "Ferentsvaroş"undan azad agent kimi gətirib. Onunla illik 840 000 avro əmək haqqı qarşılığında 4 illik müqavilə imzalanıb.

Lakin təcrübəli futbolçu ayda 70 000 avro maaş alsa da, uzun müddətdir meydana çıxmır. Üstəlik, mərakeşli legioner əsas komanda ilə məşqlərə də buraxılmır.

Bununla da klub ona bel bağlamadığını və özünə klub axtarmasının gərəkliyini izah etmək istəyir.

"Qarabağ" məbləğin 70 faizini, təxminən 560 min avrosunu ödəyəcək. Bu o deməkdir ki, “Dinamo” hələ də ona ildə 240 min avro (ümumilikdə 480 min) məvacib verəcək.

İki illik icarə zamanı "Dinamo" 480 min avro xərcləyəcək, lakin 1,12 milyon avroya qənaət etmiş olacaq.

Hazırda "Qarabağ"la danışıqlar tamamlanma mərhələsindədir və müqavilənin ən yaxın müddətdə bağlanılacağı gözlənilir. Bu, transfer yox, 2 illik icarə olacaq.

Mmae Azərbaycan klubunda 2027-ci ilin yayınadək oynayacaq. İcarə anlaşmasında sonradan birdəfəlik alınması bəndi yoxdur.

Bu isə o deməkdir ki, futbolçunun adını maaş cədvəlindən çıxarmaq "Dinamo" üçün çox önəmli olub.

Избранный
29
sportinfo.az

1Источники