RU

"Atletik" Xesus Aresonu transfer edib

Bilbaonun "Atletik" klubu "Osasuna"nın sağ cinah müdafiəçisi Xesus Aresonu heyətinə qatıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə altı illik müqavilə imzalanıb.

Areso üçün bu, “Atletik”ə ikinci keçididir. O, 2017–2021-ci illər arasında artıq “Osasuna”dan bu kluba transfer olunmuşdu. Daha sonra yenidən Pamplona təmsilçisinə qayıdan futbolçu bir mövsüm icarə əsasında “Burqos”da da çıxış edib.

Transferin məbləği 12 milyon avro olaraq qiymətləndirilir. “Transfermarkt” portalı da futbolçunun bazar dəyərini eyni rəqəmlə göstərir. Areso indiyədək İspaniya millisində oynamaq şansı qazanmayıb.

“Atletik” ötən mövsüm La Liqanı dördüncü pillədə başa vuraraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

Избранный
127
90deqiqe.az

1Источники