RU

Mourinyo Avropa nəhəngini çalışdıracaq?

Metbuat saytına istinadən ain.az xəbər verir.

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Benfika"dan təklif aldığı barədə iddialara münasibət bildirib.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça" mövsüm öncəsi Portuqaliya təmsilçisi "Uniao de Leiria" ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Matçdan sonra Joze Mourinyo açıqlama verib. Mourinyo ölkəsindəki futbol hadisələrini yaxından izlədiyini bildirib və Çempionlar Liqasında "Fənərbaxça"nın rəqibi ola biləcəyi üçün “Benfika” ilə daha çox maraqlandığını qeyd edib. O, “Benfika”da təklif almadığını iddia edib.

Qeyd edək ki, Joze Mourinyo bundan əvvəlki açıqlamasında karyerasının sonrakı illərində Portuqaliyaya qayıtmaq istədiyini qeyd etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
metbuat.az

1Источники