RU

“Ani sevgi, ani ayrılıq — astroloqdan 3 günlük xəbərdarlıq”

Məşhur astroloq Dinçer Güner bürclərə Venera ilə Uranın kvadrat bucağı ilə bağlı xəbərdarlıq edib. 

Demokrat.az xəbər verir ki, astroloq bu hadisənin bürclərə həm yaxşı, həm də mənfi təsirlərindən danışıb.

Dinçer Günerin sözlərinə görə, Venera və Uranın kvadrat bucağı təxminən 3 gün davam edəcək. Bu müddət ərzində bürclərin şəxsi və iş həyatında bir sıra dəyişikliklər müşahidə oluna bilər.

Astroloq belə xəbərdarlıq edib:

“Şəxsi həyatda və münasibətlərdə müəyyən eniş-yoxuşlar yaşana bilər. Yoldaşınıza qarşı çox sıxıcı davranmamağa çalışın. Münasibətlər ani şəkildə başlayıb, eyni sürətlə də bitə bilər. Bundan başqa, gözlənilməz yerdən pul qazanmaq ehtimalınız var. Ümumilikdə, münasibətlərdə gözlənilməz gərginliklər mümkündür. Yeni təcrübələrə açıq olmaq, hadisələrə emosional yox, ağıllı yanaşmaq və güzəştə getməyi bacarmaq önəmlidir.”

Leyla Turan 
Demokrat.az
Избранный
29
1
demokrat.az

3Источники