RU

Marko Arnautoviç “Srvena Zvezda”da

Bu yay Milan “İnter”indən azad agent kimi ayrılmış Avstriya yığma komandasının hücumçusu Marko Arnautoviç özünə yeni klub tapıb.

Arena.az xəbər verir ki, 36 yaşlı forvard bundan sonra Serbiya çempionatında çıxış edəcək.

Avstriyalı hücumçu “Srvena Zvezda” ilə anlaşıb. 36 yaşlı forvard yeni klubu ilə 2 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalayıb.

Xatırladaq ki, Marko Arnautoviç “İnter”ə 2023-cü ildə “Bolonya”dan icarə əsasında keçmişdi. 2024-cü ildə isə Milan klubu 10,9 milyon avro ödəməklə onun transfer hüquqlarını da almışdı.

Marko daha əvvəl də “İnter”in formasını geyinib. Belə ki, təcrübəli hücumçu 2009/2010 mövsümündə icarə əsasında formasını geyindiyi “İnter”də 4 oyuna çıxıb, 1 assist müəllifi olub. Arnautoviçin “İnter” karyerası bütövlükdə 65 oyun, 14 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Arnautoviç daha əvvəl İtaliyada “Bolonya”nın, Niderlandda “Tvente”nin, Almaniyada “Verder”in, İngiltərədə “Vest Hem” və “Stok Siti”nin, Çində “Şanxay SİPQ” komandasının da formasını geyinib.

Marko Arnautoviç 2008-ci ilin oktyabr ayında debüt etdiyi Avstriya yığmasında 123 oyun keçirib, 39 qol vurub, 28 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 36 yaşlı hücumçunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Избранный
4
3
arena.az

10Источники