“Real”ın braziliyalı hücumçusu Endrik yenidən zədələnib.
Msport.az xəbər verir ki, futbolçu iki ay yarıma qədər bərpa olunacaq.
Endrikin zədədən yalnız sentyabrın sonuna qədər sağalacağı gözlənilir. Braziliyalı ilk zədəsini mayın 18-də, La Liqanın XXXVII turunun “Sevilya” ilə (2:0) matçında almışdı. Bu səbəbdən o, klublararası dünya çempionatında oynaya bilməmişdi.
“Real”ın yeni mövsümdə ilk matçı avqustun 19-na planlaşdırılıb. Madrid təmsilçisi 2025/2026 mövsümündə La Liqanın ilk turunda “Osasuna” ilə qarşılaşacaq.
Endrik 2024-cü ildən “Real”da çıxış edir. O, ötən mövsüm 37 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə verib.