"Real Madrid"in braziliyalı hücumçusu Endrik zədələnib.
Operativ Media xəbər verir ki, gənc hücumçu iki ay yaşıl meydanlardan uzaq qalacaq.
"Real Madrid" futbolçunun yalnız sentyabrın sonuna kimi zədəsini sağaltacağını gözləyir. Xatırladaq ki, braziliyalı ilk zədəsini mayın 18-də La Liqanın 37-ci turunun “Sevilya” ilə oyununda (2:0) alıb və bu səbəbdən klublararası dünya çempionatında iştirak edə bilməyib.
"Real Madrid"in yeni mövsümdə ilk oyunu avqustun 19-na planlaşdırılıb.La Liqanın 2025/26 mövsümünün ilk turunda Madrid təmsilçisi "Osasuna" ilə qarşılaşacaq.
Endrik 2024-cü ildən "Real Madrid"də çıxış edir. Ötən mövsüm o, klubda 37 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.