RU

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıtda Xəzərin sahilyanı ərazisində "Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

Aktual.az FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd su hövəzələrində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlimdə FHN-in Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər "zərərçəkmişləri xilas edərək” ilkin yardım göstərdikdən sonra aidiyyəti üzrə təhvil veriblər.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Избранный
2
14
ulusum.az

10Источники